"Qarabağ" Rusiyada 1-ci oldu

"Qarabağ" Rusiyada 1-ci oldu

Rusiya Federasiyasının Kamçatka diyarında yaşayan millətlərin 2 həftə əvvəl başlayan futbol yarışı başa çatıb.

Fanat.Az xəbər verir ki, futbol yarışında azərbaycanlılar, ruslar, ukraynalılar, belaruslar, dağıstanlılar, türklər, qırğızlar, özbəklər, qazaxlar və kürdlər mübarizə aparıb.

Yarışda Kamçatkada yaşayan azərbaycanlıların komandası – "Qarabağ" qalib olub. Oyunların keçirilməsi ilə bağlı təklif Kamçatkada yaşayan azərbaycanlıların "Azəri” İctimai Birliyinin sədri Ramazan Hüseynov tərəfindən irəli sürülüb.

Kamçatka Azərbaycan Diasporunun rəhbəri Zahid Bəşirov bildirib ki, Azərbaycanın"Qarabağ” Futbol Klubu ilə də əlaqə yaratmağa çalışacaqlar. (modern.az)

Mənbə: fanat.az