"Mançester Yunayted" Fransa millisinin üzvünü transfer edir

"Mançester Yunayted" Fransa millisinin üzvünü transfer edir

Fransa millisinin və "Monako" klubunun futbolçusu Vissam Ben-Yedder karyerasını İngiltərədə davam etdirə bilər.

Sport7.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə "Mançester Yunayted" maraqlanır. "Monako"nun maddi problemlər ucbatından fransalı forvardı satmaq ehtimalı yüksəkdir.

Vissam Ben-Yedderin klubu ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. O, cari mövsüm Fransa çempionatında 11 turdan sonra 6 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

Mənbə: sport7.az