"Milan"ın türkiyəli ulduzu İngiltərə nəhəngi ilə razılığa gəldi

"Milan"ın türkiyəli ulduzu İngiltərə nəhəngi ilə razılığa gəldi

"Milan"ın türkiyəli ulduzu Hakan Çalkanoğlu "Mançester Yunayted"lə anlaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə alman mətbuatı məlumat yayıb. İddialara görə, "qırmızı şeytanlarlar" 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 90% razılığa gəliblər. "Mançester Yunayted"ə getməkdə həvəsli olan Hakan mövsümün əvvəlində "Milan"ın müqaviləni yeniləməklə bağlı təkliflərini qəbul etməmişdi.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2017-ci ildə "Bayer"dən "Milan"a transfer olub. O, "Milan"da 110 oyuna çıxaraq 18 qol vurub

Mənbə: offsideplus.az