"Roma"nın məşq bazası ərazisində bomba tapıldı

"Roma"nın məşq bazası ərazisində bomba tapıldı

"Roma" futbol klubunun məşq bazası ərazisində bomba aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya klubu öz rəsmi "tvitter" hesabından paylaşım edib. Paylaşımda deyilir:

"Bu günlərdə klubun məşq bazasının yaxınlığında tapılan İkinci Dünya Müharibəsindən qalmış 15 partlamamış bombanın qarşısını aldığı üçün aidiyyəti orqanlara təşəkkür edirik".

Mənbə: offsideplus.az