"Yuventus" Ronaldosuz oynamağı öyrənməlidir" - Pirlo

"Yuventus" un baş məşqçisi Andrea Pirlo hücumçu Kriştiano Ronaldonun İtaliya çempionatının 9-cu turunda Benevento ilə matçın (1:1) iştirak ərizəsinə daxil edilməməsindən danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Kriştiano həftənin ortasında bir az çətinlik çəkdi, amma yenə də Çempionlar Liqasında oynamaq istəyirdi. Beynəlxalq fasilədən sonra bir az istirahət etməsi lazım idi.

Ronaldo komanda əlavə bir üstünlükdür, amma onsuz futbol oynamağı öyrənməliyik. "Benevento" ilə matçda vəziyyətə daha yaxşı nəzarət etmək və qol buraxmadan fasiləyə getmək lazım idi. Fasilədən dərhal əvvəl ilk dəfə deyil ki, qol buraxırıq".

Qeyd edək ki, "Yuventus" 9 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 17 xalla 5-cidir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”

SONRAKI XƏBƏR

820 kilometr olan suvarma kanalı - VİDEO