Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Report xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”la üz-üzə gələcək.

10 turdan sonra “Keşlə” 12 xalla 5-ci, “Sabah” isə 9 xalla altıncı pillədə qərarlaşıb.

Komandalar indiyədək Premyer Liqada yeddi dəfə üz-üzə gəliblər. Bunların dördündə “Keşlə”, birində qonaqlar meydanı 3 xalla tərk edib. İki görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də “Keşlə”nin üstünlüyü var - 10:4.

Günün ikinci matçında son çempion “Qarabağ” “Səbail”in qonağı olacaq. Hazırda Ağdam klubu 18 xalla ikinci, paytaxt təmsilçisi isə yeddincidir. Bu görüş tərəflərin çempionatda 12-ci dueli olacaq.

Əvvəlki 11 matçın 10-da bölgə klubu qələbəyə sevinib. “Səbail” yalnız texniki qələbə sayəsində rəqibini məğlub edə bilib. Topların nisbətində də Ağdam təmsilçisinin aşkar üstünlüyü var - 19:1.

29 noyabr
Azərbaycan Premyer Liqası, XI tur
14:00. “Keşlə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASK Arena”

16:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“ASCO Arena”

Qeyd edək ki, XI tura noyabrın 30-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq. İlk oyun günündə “Neftçi” evdə “Zirə” ilə qolsuz heç-heçə edib.

Mənbə: www.oxu.az