Messi Maradonanı bu cür andı

Messi Maradonanı bu cür andı

Argentina futbolunun Dieqo Maradonadan sonrakı əfsanəvi futbolçusu Lionel Messi milyonların sevimlisinin ölümünə biganə qalmayıb.

Offsideplus.az xəbər verir ki, Messi La Liqanın 11-ci turu çərçivəsində "Osasuna"nın qapısına yol tapdığı oyunda (4:0) maraqlı addımla yadda qalıb. Belə ki, "10 nömrə" rəqib qapısına qol vurandan sonra futbolkasını əynindən çıxardıb. Futbolkanın altında isə "Nyuells Old Boyz"un futbolkası varmış. Hakim ulduz futbolçuya dərhal "sarı" göstərib.

Qeyd edək ki, Messi yeniyetmə vaxtlarında "Nyuells Old Boyz"un şərəfini qoruyub. Maradona isə 1993-cü ildə bu komandada top qovub. Bundan başqa, Maradona 2008-10-cu illər aralığında Argentina millisini çalışdıranda Lionel "əfsanə"nin rəhbərliyi altında çıxış edib.

Mənbə: offsideplus.az