Türkiyədə tarixi gün: 15 il sonra ilk yaşandı

Türkiyədə tarixi gün: 15 il sonra ilk yaşandı

Türkiyə Super Liqasında derbi matçda “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

KONKRET.az xəbər verir ki, “Beşiktaş” təxminən 45 dəqiqə 10 nəfərlə oynadığı matçda “Fənərbağça”nı 4-3 hesabı ilə məğlub edib.

“Beşiktaş”ın qollarını Abubakar (2), N.Uysal və Ensakala vurub. “Fənərbağça”nın heyətində isə Ozan Tufan (2) və P.Sisse fərqlənib. “Qara qartallar”ın heyətində Larin 50-ci dəqiqədə qırmızı vərəqə görüb.

Bu nəticədən sonra “Beşiktaş” “Fənərbağça”nı səfərdə 15 il sonra məğlub etməyi bacarıb.

Xatırladaq ki, 2005-ci ildə oynanılan həmin matçda “Beşiktaş”ın qapıçısı Kordoba qırmızı vərəqə almışdı və oyunçu dəyişikliyi limiti dolduğu üçün qapıya hücumçu Panku keçmişdi. Buna rəğmən, “Beşiktaş” Koray Avcının son saniyələrdə vurduğu qolla rəqibini 4-3 məğlub etmişdi. (axar.az)

Mənbə: konkret.az