"Barselona"nın sabiq prezidenti namizədliyini irəli sürdü

"Barselona"nın sabiq prezidenti namizədliyini irəli sürdü

"Barselona"nın keçmiş rəhbəri Xuan Laporta prezidentliyə namizədliyini elan edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Laportenin özü açıqlama verib. 58 yaşlı sabiq prezident "Barselona"ya qayıtmağın onun üçün həyəcanlı olduğunu bildirib.

Qeyd edək ki, Xuan Laporta 2003-2010-cu illərdə Katalon klubunun prezidenti olub. Vəzifədə olduğu müddət ərzində o "Barsa" ilə 2 dəfə Çempionlar Liqası qalibi və 4 La Liqa titulu daxil olmaqla 12 kubok qazanıb.

Mənbə: offsideplus.az