"Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır" - Elmar Baxşıyev

"Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır" - Elmar Baxşıyev

"Müəyyən səbəblərdən oyuna itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Bununla belə gənclərə inanırdıq və bilirdik ki, onlar etimadı doğruldacaqlar. Yaxşı oynayaraq, qələbə qazandıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt" üzərində qələbə ilə başa çatan oyundan sonrakı mətbuat konfrasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

40 yaşlı mütəxəssis bildirib ki, qol epizodlarını qola çevirmək üzərində çalışırlar: "Meydanda futbolçu qərarı stres altında verir. Futbolçulara inanıram, onlar istədiyimizi verirlər".

Baxşıyev gənc futbolçu Rüfət Əmirlinin çıxışından da məmnunluq ifadə edib: "Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır. İnanıram ki, gələcəkdə əsas milliyədək yüksələ bilər" (Report).

Mənbə: offsideplus.az