Levandovski və Noyer oynamayacaq

Levandovski və Noyer oynamayacaq

"Bavariya" Çempionlar Liqasının 5-ci turunda keçiriləcək "Atletiko Madrid"lə oyun üçün heyətini təqdim edib.

Offsideplus.az xəbər verir ki, Madrid səfərinə yollanacaqların siyahısında Robert Levandovski, Manuel Noyer və Leon Grotzkanın adları yoxdur. Buna səbəb baş məşqçi Hansi Flikin bu oyunçulara istirahət verməsidir.

Qeyd edək ki, "Atletiko" - "Bavariya" görüşü dekabrın 2-si Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Mənbə: offsideplus.az