"Mançester Yunayted" türkiyəli ulduzu "əldən qaçırır"

"Mançester Yunayted" türkiyəli ulduzu "əldən qaçırır"

İngiltərə Premyer Liqası klubu "Mançester Yunayted"nin Hakan Çalhanoğlu transferi baş tutmaya bilər.

Offsideplus.az CalcioMercato-ya istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü İngiltərəyə getməyəcək. Buna səbəb 26 yaşlı yarımmüdafiəçinin "Milan"da qalmaq üzrə klubla danışıqlara başlamasıdır.

Qeyd edək ki, Hakan Çalhanoğlunun "Milan"la müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.

Mənbə: offsideplus.az