"Keşlə" daha bir legionerlə yollarını ayırdı - ÖZƏL

"Keşlə" daha bir legionerlə yollarını ayırdı - ÖZƏL

Bu gün "Keşlə"nin rəsmi saytı braziliyalı futbolçularla müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verildiyini açıqladı.

Alvaro Tavareslə Artur Batista bundan sonra .Azərbaycan çempionatında top qovmayacaq.

Offsideplus.az eksklüziv olaraq xəbər verir ki, "qırmızılar" daha bir legionerin xidmətindən imtina edib. Bu, Şaxruh Qadoyevdir. Özbəkistanlı yarımmüdafiəçinin klubla anlaşma müddəti dekabrın sonuna qədər nəzərdə tutulsa da, klub rəhbərliyi Qadoyevi vaxtından əvvəl yola salmağı qərara alıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu bu ilin əvvəlində "Keşlə"ylə 1 illik müqavilə bağlamışdı. Ötən mövsümün 6 matçında meydana çıxsa da, cari mövsümün ilk turunda "Sumqayıt"la qarşılaşmada zədələnmiş, "Laçi"ylə oyunlarda komandasına kömək edə bilməmişdi. Sonradan sağaltsa da, məşqlərin birində zədəsini təzələyərək yenidən sıradan çıxmışdı. Qadoyevin 1 ildə bakılılara verdiyi fayda 7 oyunda vurduğu 2 qol olub.

Mənbə: offsideplus.az