Həbib Nurməhəmmədov karyerasını bərpa etmək məqsədi ilə Əbu-Dabiyə səfər edib

Həbib Nurməhəmmədov karyerasını bərpa etmək məqsədi ilə Əbu-Dabiyə səfər edib

UFC-nin yüngül çəkidə məğlubedilməz döyüşçüsü Həbib Nurməhəmmədov Əbu-Dabiyə səfər edib.

Rusiyalı idmançı bu barədə məlumatı öz “Instagram” səhifəsində paylaşıb.

“Sanki daş cəngəlliklərinin fonunda”, - H.Nurməhəmmədov “Instagram”da paylaşdığı fotoya şərh olaraq bu sözləri yazıb.

Qeyd edək ki, UFC-nin prezidenti Dana Uayt bir neçə gün öncə verdiyi açıqlamada H.Nurməhəmmədovun öz karyerasını bərpa etmək üçün Əbu-Dabidə danışıqlar aparacağı barədə xəbər vermişdi.

Mənbə: www.oxu.az