"Barselona"nı Messiyə görə cərimələyəklər

"Barselona"nı Messiyə görə cərimələyəklər

"Barselona" Lionel Messinin İspaniya çempionatının 11-ci turunda keçirilən "Osasuna" ilə oyunda (4:0) etdiyi hərəkətə görə cəzalandırılacaq.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, qollardan birinin müəllifi olan Messi formasını soyunaraq "Nyuells Old Boyz"un 10 nömrəli futbolkasını geyindiyi üçün Kataloniya təmsilçisi 3000 avro cərimə ediləcək.

Qeyd edək ki, argentinalı superulduz bu addımı noyabrın 25-də dünyasını dəyişən əfsanəvi həmyerlisi Dieqo Maradonanın xatirəsini yad etmək üçün atmışdı.

Mənbə: fanat.az