Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu

Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu

Bakı. Trend:

Britaniyalı Formula 1 pilotu, yeddiqat dünya çempionu Lyuis Hemilton koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Formula 1-in “Twitter” səhifəsində bildirib.

Qeyd olunur ki, ötən həftə sonu pilot Bəhreyn Qran-prisində qalib gəldikdən sonra özünü pis hiss edib. Yekunda L.Hemiltonun verdiyi koronavirus testi müsbət nəticələnib.

İdmançının Formula-1 mövsümünün son mərhələsində iştirak etməyəcəyi bildirilib.

Mənbə: az.trend.az