Rusiyalı pilot "Formula 1" komandasına keçib

Rusiyalı pilot "Formula 1" komandasına keçib

"Formula 2" pilotu Nikita Mazepin karyerasını "Formula 1"də davam etdirəcək.

"Report" yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı rusiyalı sürücü "Haas" ilə müqavilə imzalayıb.

Mazepin "Formula 1" tarixində Vatali Petrov, Daniil Kvyat və Sergey Sirotkindən sonra 4-cü rusiyalı pilot olub.

Mənbə: pia.az