Cari mövsümdə beləsi olmamışdı

Cari mövsümdə beləsi olmamışdı

Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutan 4 oyunun yalnız 1-də qələbə qeydə alındı.

Bununla da bir ilk gerçəkləşdi.

Offsideplus.az xəbər verir ki, 11-ci tura qədər, yəni əvvəlki turlara təsadüf edən 4 matçın 2-də heç-heçə qeydə alınsa da, heç vaxt birdən-birə 3 bərabərlik görünməmişdi. Bu dəfə birdən-birə 3 qarşılaşmanın sülhlə başa çatması cari mövsüm adına yenilik idi.

Səbail - Qarabağ - 1:1

Keşlə - Sabah - 1:1

Neftçi -Zirə - 0:0

Sumqayıt - Qəbələ 0:1

Mənbə: offsideplus.az