Umtiti yeni komandasını seçdi

Umtiti yeni komandasını seçdi

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtiti gələcək karyerası ilə bağlı qərarını verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, fransalı müdafiəçi İngiltərədə oynamaq niyyətindədir.

27 yaşlı arxa xətt oyunçusu "Everton"a keçməyə hazırdır. O, bu klubun baş məşqçisi Karlo Ançelottinin bəyəndiyi futbolçudur. Liverpullular Samueli icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Umtitinin transfer qiyməti 12 milyon avrodur.

 

Mənbə: news.milli.az