"Qarabağ" məlumat yaydı

"Qarabağ" məlumat yaydı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin çərçivəsində “Makkabi”ylə üz-üzə gələcək.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, oyundan öncə baş tutacaq son məşqinin və mətbuatı konfransının vaxtı müəyyənləşib. Koronavirusa yoluxan Qurban Qurbanov İstanbula getməyəcəyi üçün,mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Konfrans sabah, yerli vaxtla saat 15:30-da “Qarabağ”ın yerləşəcəyi “Pullman” otelində baş tutacaq.

Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşehir Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Mənbə: offsideplus.az