Həbib BOK prezidenti ilə görüşmək istəyinin səbəbini söylədi

Həbib BOK prezidenti ilə görüşmək istəyinin səbəbini söylədi

UFC-nin yüngül çəkili dünya çempionu Həbib Nurmaqamedov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüşəcək. Səbəb tanınmış idmançının önəmli məsələni rəhbərin diqqətinə çatdırmaq istəyidir.

Offsideplus.az "Sputnik"ə istinadla xəbər verir ki, Həbib MMA döyüş növünün Olimpiya proqramına salınmasında israrlıdır. Bununla bağlı Baxla söhbətdə təklifdə və xahişdə bulunacaq: "MMA-nın Olimpiya idman növləri arasında olması ən böyük istəyimdir. Hazırda bu yöndə müəyyən işlər gedir. Yaxın illərdə hədəfimizə çatacağımıza ümid edirəm. Qarşıdakı aylarda çox adamla görüşəcəm, o cümlədən BOK-un rəhbəri ilə. Parisdə olmasa da, Los-Ancelesdə MMA-nı inkişaf etdirmək üçün yaxşı şansımız var.

Yeganə çətinlik MMA-nın ağır döyüş növü olmasıdır. Olimpiadada kobudluq xoş görünmür, təşkiltçılar adam qanının axmasına qarşıdırlar. Daha doğrusu, çox qan axmasını istəmirlər. Amma insanların marağı, işin kommersiya tərəfi baxımında, MMA olduqca sərfəlidir. MMA Olimpiya idman növləri arasında yer alsa, çəkisinə görə futbol və yüngül atletika ilə eyni ağırlıqda olacaq".

 

Mənbə: offsideplus.az