Qadın futbolçu Maradonaya hörmətsizlik etdi

Qadın futbolçu Maradonaya hörmətsizlik etdi

Dieqo Maradonanın ölümünü dünya futbol ictimaiyyəti ağrı ilə qarşılayıb.

Böyük ölkələrin milli çempionat oyunları bir dəqiqəlik sükutla başlayıb. Amma argentinalı ulduzun həyatı tərk etməsi heç də hamını kədərləndirməyib.

Bizimyol.info xəbər verir ki, İspaniyanın qadın futbolçusu Paula Dapena Maradonaya hörmətsizlik nümayiş etdirib. “Viaxes İnterrias”ın üzvü “Deportiva de Abeqondo” ilə oyundan əvvəl argentinalı ulduzun yad edilməsi zamanı arxasını çevirərək yerdə əyləşib. Dapena bununla da əfsanəvi həmkarını saymadığını göstərmək istəyib.

Qadın futbolçu oyundan sonra İspaniyanın məşhur “AS” nəşrinə müsahibə verib. Dapena Maradona haqda sərt fikirlər söyləyib. Qadın futbolçu argentinalını təcavüzçü, istismarçı və pedofil adlandırıb. Paula deyib ki, belə adam nə qədər böyük uğurlar qazansa da, onun hörmətinə layiq deyil.

Mənbə: www.bizimyol.info