"Mançester Yunayted"in yeni transfer planı

"Mançester Yunayted"in yeni transfer planı

“İnter”in futbolçusu Kristian Eriksen karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı yarımmüdafiəçini bu qış transfer pəncərəsində almaq istəyir. Premyer Liqa klubu Pol Poqba il yolları ayırmağı və həmin mövqeyə danimarkalı oyunçunu gətirməyi planlaşdırır.

Qeyd edək ki, Eriksen bu mövsüm 7 matç keçirib.

Mənbə: qol.az