"Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq" - Rıza Çalımbay

"Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq" - Rıza Çalımbay

“Qarabağ”ın Avropa Liqasıın qrup mərhələsindəki rəqibi “Sivasspor”un baş əşqçisi Rıza Çalımbay 4-cü turda Ağdam təmsilçisi ilə keçirdikləri maç haqqında danışıb.

Qol.az xəbər verir ki, 57 yaşlı mütəxəssis klubun telekanalına açıqlamasında heyətlə bağlı problemlərinin olduğunu deyib.

"Bütün komandalar çətin vaxtlardan keçir. Biz də bunu ən çox yaşayan komandalardan biriyik. İtkilərimiz çoxdur, "Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq. "Göztəpə" ilə çempionat oyununda da itkilərimiz var idi. Həftədə 3 görüş keçiririk. Avrokubok qarşılaşmalarını həm Türkiyə, həm də özümüz üçün oynayırıq. Son həftələrdə çoxlu sayda hakim səhvləri ilə üzləşdik. Bizim heç kimlə problemimiz yoxdur. Sadəcə, ədalətli idarəçilik tələb edirik".
Qeyd edək ki, sözügedən matç "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: qol.az