"Qalatasaray"ın koronavirusa yoluxmuş futbolçuları sağaldı

"Qalatasaray"ın koronavirusa yoluxmuş futbolçuları sağaldı

“Qalatasaray”ın koronavirusa yoluxan 5 futbolçusundan 4-ü sağalıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, onlardan götürülən son iki test nümunələri cavabları neqativ çıxıb.

Buna görə də sözügedən futbolçular növbəti oyunda- “Hatayspor”la matçda iştirak edə bilərlər.
Xatırladaq ki, “Qalatasaray”da Rayan Babel, Omar Elabdellaui, Yunes Belhanda, Okan Koçuk və Arda Turanın COVİD-19 testi pozitiv çıxmışdı.

Mənbə: qol.az