Alovlar içindən çıxan pilot: "Ölümün mənə yaxınlaşdığını gördüm"

Alovlar içindən çıxan pilot: "Ölümün mənə yaxınlaşdığını gördüm"

"Haas" pilotu Roman Qrojan bir neçə gün öncə baş tutan Bəhreyn Qran-Prisində keçirdiyi dəhşətli qəzadan danışıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı fransız pilot 29 noyabrda Bəhreyndə baş tutan yarışın ilk dəqiqələrində idarəetməni itirərək divara çırpılmışdı. Qrojan açıqlamasında deyib ki, qəza anında yanan boliddən çıxmalı olduğunu və övladlarını geri dönməsi gərəkdiyini özünə xatırladıb.

"Möcüzənin var olduğundan əmin deyiləm, amma mənə görə hələ ölüm vaxtım gəlməmişdi. Tam əminliklə deyə bilərəm ki, hər şey 28 saniyədən daha uzun çəkdi. Çox şey düşündüm, Niki Laudanı da. Belə bitməsini istəmirdim, bu cür yox. F1 hekayəmi bu cür bitirə bilməzdim, o anda yox. Daha sonra özümə uşaqlarım üçün bayıra çıxmalı olduğumu xatırlatdım. Əllərimi alovlar üstünə qoydum və boliddən çıxdım. Kimsənin məni paltarımdan dartdığını hiss elədim, artıq qurtulmuşdum".

Qeyd edək ki, Roman Qrojan ən azı Çərşənbə gününə qədər xəstəxanada qalacaq. O, bu həftəsonu Bəhreyndə baş tutacaq yarışda iştirak etməyəcək.

Mənbə: offsideplus.az