“Tənqidləri sevirəm” – Pirlo

“Tənqidləri sevirəm” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo azarkeşlərin onu tənqid etməsinə münasibət bildirib.

Qol.az “Sky Sport”a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bunları deyib:

“Mən tənqidi sevirəm. Deməli, mən kimisə qıcıqlandırıram. Mən illər keçdikcə buna öyrəşmişəm”.

Qeyd edək ki, Pirlo bu ilin yayından Turin klubunu çalışdırır.

Mənbə: qol.az