"Real"ın bəxtsiz futbolçusu - yenə zədələndi

"Real"ın bəxtsiz futbolçusu - yenə zədələndi

"Real" futbolçusu Eden Azar növbəti dəfə sıradan çıxıb.

Sport7.az xəbər verir ki, bu haqda Madrid təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 29 yaşlı hücumçu La Liqanın XI turunda evdə "Alaves"ə 1:2 hesabı ilə uduzduqları görüşdə bud əzələsindən zədələnib.

Belçikalı oyunçunun bir neçə həftəlik meydanlardan kənarda qalacağı gözlənilir. O, dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun Ukrayna "Şaxtyor"u ilə matçını buraxacaq.

Azar mövsümün əvvəlində zədə səbəbində bir neçə oyunu buraxıb.

Sport7.az

Mənbə: sport7.az