"Arsenal" "Real"ın ulduzunu transfer edir

"Arsenal" "Real"ın ulduzunu transfer edir

"Arsenal" qış transfer dönəmində "Real Madrid"in hücumameyilli yarımmüdafiəçisi İskonu heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az Defensa Central-a istinadən xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta da razılığını verib. Hər şey qaydasında gedərsə, İsko yanvarda icarə əsasında "Arsenal"a keçəcək.

Qeyd edək ki, İskonun "Real Madrid"lə müqaviləsinin bitməsinə 18 ay qalıb. 28 yaşlı ispaniyalı 2013-cü ildən bəri "Real" formasını geyinir.

Mənbə: offsideplus.az