"Qarabağ" "Makkabi"yə qarşı - VİDEO

Azərbaycan çempionu Qarabağ Avropa liqasının son ev matçını İsrailin "Makkabi" klubuna qarşı keçirəcək.

Komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün oyun öncəsi mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edib. Heyət sarıdan ciddi itkilərlə üzləşən komandamız meydana xal qazanmaq üçün çıxacaq.

Heyətdəki problemlər səbəbindən Qara Qarayev də öyrəşdiyimiz mövqedə oynamayacaq. Bununla belə Qarayev nikbinliyini itirmir.

Qeyd edək ki, "Qarabağ"-"Makkabi" matçı İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Dekabrın 3-də təşkil olunacaq arşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Şimali Koreyada şəkərin qiyməti dörd dəfə bahalaşıb

SONRAKI XƏBƏR

"Mən hər zaman arzu edirdim ki, Laçına bu atla qayıdım" - VİDEO