"Vilyarreal"ın futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Vilyarreal"ın futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Villyarreal" Avropa Liqasında qrup mərhələsinin 5-ci turu üzrə "Qarabağ"la baş tutacaq oyuna itki ilə çıxacaq.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Vilyarreal"ın futbolçusu Karlos Bakka zədə səbəbindən oyunu buraxacaq. Belə ki, 34 yaşlı hücumçunun sol dizində yırtıq aşkarlanıb. Bakka bu səbəbdən 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" görüşü dekabrın 10-da Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Mənbə: offsideplus.az