"Qarabağ"da daha bir yoluxma aşkarlandı

"Qarabağ"da daha bir yoluxma aşkarlandı

"Qarabağ" komandasında Mahir Emrelidən sonra daha bir yoluxma halı qeydə alınıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib. 25 yaşlı müdafiəçinin koronavirusa yoluxduğu aşkarlanıb.

Qeyd edək ki, daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçisi Elvar Quliyevdə testin nəticəsi pozitiv çıxıb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünənki testinin nəticəsi mənfi çıxıb və o, Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirus aşkarlanmış Musa Qurbanlının isə son iki testi neqativ çıxıb. Lakin futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.

Mənbə: offsideplus.az