"Liverpul"lu futbolçu: "Ronaldo mənim qəhrəmanım idi"

"Liverpul"lu futbolçu: "Ronaldo mənim qəhrəmanım idi"

"Liverpul"un gənc ulduzu Dioqo Jota Kriştiano Ronaldoya heyranlığından danışıb.

Offsideplus.az xəbər verir ki, portuqaliya millisinin üzvü uşaqlıq vaxtlarında Ronaldonun onun qəhrəmanı olduğunu deyib.

"Portuqaliyanın Avro 2004-ün finalına qədər yüksəldiyini və məğlub olduğunu xatırlayıram. O vaxtlar mənim 7 yaşım vardı. Kriştiano Ronaldo mənim qəhrəmanım idi. O zamanlar 19 yaşında həmin oyunlarda çıxış edirdi. Uşaqlıq dövrlərimdə o, "Mançester Yunayted" və "Real"da oynayırdı. Hər bir portuqaliyalı kimi, biz də ona örnək olaraq baxırdıq".

Qeyd edək ki, Dioqo Jota bu yay "Vulverhempton"dan "Liverpul"a keçərək 15 oyuna 9 qol vurub. Bu səbəbdən 23 yaşlı hücumçu mövsümün ən yaxşı transferlərindən biri kimi sayıla bilər.

Mənbə: offsideplus.az