"Çelsi" klubunun futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Çelsi" klubunun futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

İngiltərənin "Çelsi" klubunun futbolçusu Olivye Jiru Çempionlar Liqasının tarixinə düşüb.

Xezerxeber.az bu haqda UEFA-nın rəsmi tvitter hesabında məlumat verilib. 34 yaşlı fransalı hücumçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb.

Forvard qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.

Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.

Nərmin Məcidli

Mənbə: xezerxeber.az