Neymar Messi ilə yenidən birlikdə oynamaq istəyir

Neymar Messi ilə yenidən birlikdə oynamaq istəyir

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya "Barselona"sında çıxış edən Lionel Messi ilə yenidən birlikdə oynamaq istədiyini açılayıb.

"" "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı hücumçu meydanda argentinalı forvardla yanaşı olmaqdan zövq aldığını söyləyib.

Braziliyalı oyunçu növbəti mövsüm Messi ilə eyni komandada çıxış edə biləcəklərini vurğulayıb.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Onun paytaxt klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.

 

Mənbə: sonxeber.az