"Mançester Siti" 17 yaşlı futbolçu alır

"Mançester Siti" "Estudiantes"in yarımmüdafiəçisi Dario Sarmientonun transferi üçün danışıqları başa çatdırıb.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "Tvitter" hesabında yazıb. Bildirilib ki, 17 yaşlı futbolçu üçün İngiltərə təmsilçisi 9 milyon avro ödəyəcək. Müqavilənin məbləği bonuslar nəzərə alınaraq 19 milyona qədər arta bilər.

Qeyd edək ki, D.Sarmiento bu mövsüm Argentina Superliqasında 5 matç keçirib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

BANM-də MBA proqramı uğurla davam edir - FOTO

SONRAKI XƏBƏR

Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir