"Ayaks" Talyafiko ilə müqaviləni uzatdı

"Ayaks" Talyafiko ilə müqaviləni uzatdı

“Ayaks” futbolçusu Nikolas Talyafiko ilə müqavilənin müddətini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2023-cü ilin yayına kimi Amsterdam klubunda edəcək. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.

Qeyd edək ki, argentinalı müdafiəçi “Ayaks”a 2018-ci ildə ölkəsinin “İndependyente” klubundan transfer olunub. Argentina yığmasının üzvü paytaxt klubunda 111 rəsmi oyuna çıxıb, 12 qola imza atıb.

 

Mənbə: qol.az