İtaliya A seriyasında noyabrın ən yaxşı futbolçunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Kriştianu Ronaldo rəqiblərini qabaqlamağı bacarıb. "Yuventus"lunun uğurlu görünməsinə 3 oyunda rəqib qapılarına 5 dəfə yol tapması səbəb olub.
35 yaşlı futbolçu vurduğu 8 qolla bombardirlər siyahısına 10 topla başçılıq edən Zlatan İbrahimoviçdən geri qalır.