Zinəddin Zidan tənqidlərə belə reaksiya verdi

Zinəddin Zidan tənqidlərə belə reaksiya verdi

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandasının İspaniya çempionatında və Çempionlar Liqasındakı zəif çıxışına yönələn tənqidlərə reaksiya verib.

Fanat.Az xəbər verir ki, AS Əlcəzair əsilli fransalının söylədiklərini belə çatdırıb:

"Komanda qələbə qazanmadığı dönəmdə tənqidlərə məruz qalmağım normal haldı. Mənim işimin özünəməxsus çətinlikləri var. Ancaq heç nəyə baxmayaraq işimizə davam edəcəyik.

Özümü heç vaxt toxunulmaz saymamışam. İstər məşqçi, istərsə də futbolçu kimi həmişə belə düşünmüşəm. Mənim öz hədəflərim var. Burda keçirdiyim son günə qədər həmin hədəflər uğrunda çalışacam.

Fanat.Az

Mənbə: www.fanat.az