Neymarın Messi arzusu reallaşmayacaq - RƏSMİ

Neymarın Messi arzusu reallaşmayacaq - RƏSMİ

"Barselona" klubunun prezidenti Çarlz Tuskuets Messi və Neymar ilə bağlı danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırkı prezident klubun maddi sıxıntılarından danışarkən ulduz futbolçuların məsələsinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, iqtisadi çətinliyi aradan qaldırmaq üçün Messinin başqa kluba transfer edilməsi ən ideal seçim ola bilərdi, amma bu məsələni texniki heyət müzakirəyə çıxarmayıb.

PSJ-də forma geyinən braziliyalı futbolçunun kluba qayıtması ilə bağlı isə o bu sözləri deyib:

"Əgər Neymar pulsuz transfer olmasa və ya yeni gələcək prezident papaqdan dovşan çıxarmasa bu, mümkün deyil".

Qeyd edək ki, bir neçə gün öncə Neymar əvvəlki komanda yoldaşı ilə növbəti mövsümdə birlikdə oynamaq istədiklərini demişdi.

Milli.Az

Mənbə: news.milli.az