Bunu 15 ildən sonra Qvardiola etdi

Bunu 15 ildən sonra Qvardiola etdi

İngiltərə Premyer Liqasının 11-ci turunda maraqlı hadisə yaşanıb.

"Etihad" stadionunda "Mançester Siti" "Fulhem"i qonaq edib ki, meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib. Oyunda diqqətçəkən olayda isə Pep Qvardiolanın əli olub.

Offsideplus.az xəbər verir ki, ispan çalışdırıcı 90 dəqiqə ərzində dəyişikliyə ehtiyac duymayıb. "Şəhərlilər"də belə hadisə 15 il əvvəl olmuşdu. 2005-in aprelin 2-də "Mançester Siti" - "Vest Hem" qarşılaşmasında Stüart Pirs dəyişikliyə gərək duymamışdı.

Qeyd edək ki, sonuncu qələbədən sonra xalların sayını 18-ə çatdıran mançesterlilər turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Mənbə: offsideplus.az