Rəşad Sadıqovla Zabit Səmədovun Orduya bağışladıqları maşının markası məlum oldu

Rəşad Sadıqovla Zabit Səmədovun Orduya bağışladıqları maşının markası məlum oldu

Daşqın Abbasov - Qarabağ döyüşlərnin yaşayan qəhrəmanlarından biri.

Zəngilandan olan polkovnik leytenantın sosial şəbəkədə "Zirə"nin baş məşqçisi və milli komandamızın sabiq kapitanı Rəşad Sadıqovla olan şəklini paylaşması diqqət çəkmişdi.

Offsideplus.az xəbər verir ki, döyüşmü-hərbçi Rəşad Sadıqov və Zabit Səmədovla görüşü haqda danışıb: "Rəşad Sadıqovla görüşümüz oktyabrda 7-də baş tutub. Mən döyüş meydanından ermənilərdən qənim kimi ələ keçirdiyimiz maşını hərbi qənimətlər toplanan əraziyə gətirmişdim. Rəşad Sadıqovla Zabit Səmədov da əsgərlərimizlə görüş üçün ora gəlmişdilər. Yardım olaraq bizə bir "Hammer" markalı maşın və əlavə olaraq da isti geyimlər gətirmişdilər. Rəşad Sadıqovla da elə ilk dəfə orda tanış olub, söhbətləşdik". (sportinfo)

Mənbə: offsideplus.az