Turin derbisi: "Yuventus"dan əzmkar qələbə - VİDEO

Turin derbisi: "Yuventus"dan əzmkar qələbə - VİDEO

İtaliya A Seriyasında X turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gecə Turin derbisi baş tutub. "Yuventus" və "Torino" arasındakı matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Hesabı 9-cu dəqiqədə "Torino"dan Nikolas Nlolu açıb. "Yuventus" buna 77-ci dəqiqədə Veston Makkenni və 89-cu dəqiqədə Leonardo Bonuççinin qolları ilə cavab verib. Meydan sahiblərindən Karlo Pinsoqlio 90-cı dəqiqədə qırmızı vərəqə alıb.

Qeyd edək ki, "Yuventus" 10 turdan sonra 20 xalla 2-ci, "Torino" 6 xalla 18-ci pillədə qərarlaşıb.

Mənbə: fanat.az