Azərbaycan yığmasını bu axşam vacib sınaq gözləyir

Azərbaycan yığmasını bu axşam vacib sınaq gözləyir

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

Millimiz San Marino ilə üz-üzə gələcək. Macarıstandakı "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.

Yoxlama oyunu

9 iyun

22:00. Azərbaycan - San Marino
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, "Haladaş" stadionu

Mənbə: news.milli.az