“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Fransalı futbolçu Yunes Laşaab bundan sonra komandanın uğurları üçün çalışacaq.
21 yaşlı vinger Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb. Müqaviləyə əsasən, “Sabah” Laşaabın transfer hüququnu özündə saxlayır.
“Lill” klubunun yetirməsi olan Yunes Laşaab son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.
Mənbə: qafqazinfo.az