Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

İyunun 12–14-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən Azərbaycan idmançıları uğurla çıxış ediblər.

Ğlkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə 2 nəfərlik qayıqda üçüncü yeri tutublar.

Ziya–Nurlan cütlüyü 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək, bürünc medala sahib olublar.

Mənbə: azertag.az