İspaniya millisinin və “Real Sosyedad”ın mərkəz hücumçusu Mikel Oyarsabal 1966-cı ildən bəri Dünya Kuboku matçının ilk 30 dəqiqəsində topa toxunmadan oynayan ilk oyunçu olub.
Bu barədə “Opta Joe” məlumat yayıb.
29 yaşlı hücumçu bu “titul”u Dünya Kubokunda H qrupunun ilk turunda keçirilən Kabo-Verde ilə matçda qazanıb. O, bütün matçı meydanda olub.
“Sofascore” statistika portalına görə, hücumçu komandada ikinci ən aşağı reytinqə – 6.0-a sahib olub. Ondan sonra 5.7 reytinqlə “Barselona”nın sağ cinah oyunçusu Ferran Torres gəlir.
Qeyd edək ki, İspaniya və Kabo-Verde komandaları matçda qalibi müəyyən edə bilməyiblər və 0:0 hesablı heç-heçə qeydə alınıb.
Mənbə: publika.az