Fransa millisinin sabiq yarımmüdafiəçisi Klod Makelele Seneqala qarşı oyundakı çıxışına görə Kilian Mbappeni tənqid edib.
Qrup mərhələsinin ilk turunda fransızlar 3-1 hesabı ilə qalib gəldilər. Mbappe iki qol vurub.
Makelele DAZN-də bildirib:
“Aman Allahım, ay Allahım! Nə istəyirsən? Top özü sənə tərəf gəlsin? Nə istəyirsən? Aman Allahım, inanılmaz ötürmə… Hətta müdafiəçilər belə heç nə edə bilmədilər…
Mbappenin problemi məhz budur: o, hər topu özü üçün istəyir. O, komanda yoldaşları ilə oynamalıdır, amma komanda üçün oynamır”.
Mənbə: publika.az