DÇ-2026: Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın – VİDEO

DÇ-2026: Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın –

Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.

Bu gün 2-ci turun daha 3 oyunu keçirilir.

Hər üç qarşılaşmada mundiala ev sahibliyi edən ölkələrin millisi meydana çıxıb. A qrupunda mübarizə aparan Meksika Cənubi Koreyaya 1:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksələn ilk komanda olub.


B qrupunda Kanada Qətəri darmadağın edib - 6:0.

D qrupunda isə ABŞ Avstraliya ilə qarşılaşacaq.

A qrupu

19 iyun

05:00. Meksika – Cənubi Koreya - 1:0

Qol: Luis Romo, 50

18 iyun

Çexiya – CAR - 1:1

B qrupu

02:00. Kanada – Qətər 6:0

Qollar: Kayn Larin, 16, Conatan David, 28, 45+3, 90+2, Natan Saliba, 64, Mohammad Əl Mannai, 75-avtoqol

18 iyun

23:00. İsveçrə – Bosniya və Herseqovina - 4:1

D qrupu

23:00. ABŞ – Avstraliya

20 iyun

07:00.Türkiyə - Paraqvay


Mənbə: bizim.media