DÇ-2026: Yaponiyaya uduzan Tunis turnirlə vidalaşdı

DÇ-2026: Yaponiyaya uduzan Tunis turnirlə vidalaşdı
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) F qrupunda Tunis və Yaponiya milliləri arasında 2-ci turun oyunu keçirilib.

Meksikanın Quadalupe şəhərində baş tutmuş matç yaponların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 0:4.

Asiya təmsilçisinin qollarını Daiti Kamada (4-cü dəqiqə), Ayase Ueda (31 və 85-ci dəqiqələr) və Dzyunya İto (69-cu dəqiqə) vurublar.

Bu nəticə ilə Yaponiya millisi xallarını 4-ə çatdırıb. Qrupda Niderland yığması da eyni xala sahibdir. İsveç milisinin aktivində isə 3 xal var.

Tunis millisi sıfr xalla qrupda sonuncu yerdə qərarlaşıb və növbəti mərhələyə çıxmq şanslarını itirib.

Mənbə: oxu.az